01.02.2012-ci il tarixdə Suraxanı rayon Heydər Əliyev Mərkəzində Suraxanı rayon Gənclər və İdman İdarəsi Rayon İcra Hakimiyyəti ilə birgə “2 Fevral-Gənclər Günü” ilə bağlı tədbir keçirmişdir. Suraxanı rayon MKS-nin kollektivi Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən təsdiq olunmuş 2012-ci ilin iş planına uyğun olaraq tədbirdə iştirak etmişdir.
Tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ulu öndərin əziz xatirəsini yad etdilər. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Tədbiri giriş sözü ilə Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov açıq elan etdi. Çıxışçı Gənclər gününün yaranma tarixindən, dövlətin gənclərə göstərdiyi qayğıdan və gənclərimizin cəmiyyətin müxtəlif sahələrində qazandıqları uğurlardan söz açdı.
Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Ragif Abbasovda gəncləri bayram günü münasibətilə təbrik etdi, Gənclər gününün təsis edilməsində Ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən söz açdı və gənclərə uğurlarının davamlı olmasını arzuladı.
Daha sonra söz Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı cənab İlqar Abbasova verildi. Cənab İ.N.Abbasov da öz növbəsində tədbir iştirakçılarını bu əlamətdar gün münasibətilə təbrik etdi və gənclərin hərtərəfli fəaliyyətindən danışdı.
Çıxış edən digər natiqlər gənclərin rayondakı fəaliyyətlərindən danışdılar. Kitabxanaçı gənclərin rolu xüsusi vurğulandı. Belə ki, gənclərin ideoloji tərbiyyəsində kitabxanaların böyük rolu vardır. Rayonda fəaliyyət göstərən kitabxanalarda calışan gənclər bu məsuliyyəti hiss edir və daimə öz üzərlərində calışırlar.
Suraxanı rayon MKS-nin əməkdaşları; 4 saylı filialın kitabxanaçısı Şəlalə Əliyeva və 5 saylı filialın kitabxanaçısı Nərgiz Babayeva bu günlərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Respublika Mədəniyyət Müəssisələrinin işçilərinin hazırlıq və ixtisasartırma mərkəzində peşəkar biliklərini artırmışlar.
Sonra müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənc Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif diplom və təltiflərlə mükafatlandırıldı.