Yanvarın 19-da Bülbülə qəsəbəsində yerləşən Suraxanı rayon MKS-nin Mərkəzi kitabxanasında “20 Yanvar” ümumxalq hüzn günü ilə bağlı “Cəsur vətən oğulları” mövzusunda söhbət keçirilmişdir..
Tədbirdə Bülbülə Mədəniyyət evinin kollektivi, 79 saylı orta məktəbin müəllim və şagird heyəti, qəsəbə sakinləri və digər qonaqlar iştirak edirdilər.
Tədbir şəhidlərin ruhunun bir dəqiqəlik süküt ilə yad ediməsi ilə başlamışdır. Çıxış edənlər bu hadisələrə ilk münasibətin Ümumilli lider Heydər Əliyev tərəfindən bildirildiyini dönə-dönə vurğulamışlar. Eyni zamanda şəhid ailələrinin daimə ölkə başçısı cənab İlham Əliyev tərəfindən hərtərəfli qayğı ilə əhatə olunması tədbir iştirakçılarının nəzərinə catdırılmışdır.
Tədbirin sonunda Suraxanı rayon MKS-nin Mərkəzi kitabxanası tərəfindən kitab sərgisi təşkil edilmişdir.